Site icon Frame.az

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlığı çərçivəsində 10-12 iyun 2019-cu il tarixlərində Mərkəzi Gömrük Hospitalında  aparıcı mütəxəssislərin iştirakı ilə müxtəlif mövzular üzrə qarşılıqlı təcrübə mübadiləsi  və seminarlar  keçirib.

Florence Nightingale Xəstəxanalar Qrupunun direktor müavini Dr. Sinan Nazif Aranın rəhbərlik etdiyi Türkiyənin 7 nəfərdən ibarət yüksək ixtisaslı mütəxəssislər heyəti müasir tibb sahəsində infeksiya nəzarəti, tibb bacısı xidmətində beynəlxalq standartlar, beynəlxalq akkreditasiya, xəstəxana xidmətlərində keyfiyyətə nəzarət,  insan resursları, marketinq  və digər sahələr üzrə öz təcrübələrini hospitalın tibb və inzibati idarəetmə heyəti ilə bölüşüb.

Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət işçi qrup görüşlərində müasir tibbi xidmətin hər bir sahəsində ən qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə və tətbiq edilməsinə xüsusi diqqət ayrılıb. Türkiyə mütəxəssisləri Mərkəzi Gömrük Hospitalın tibb və inzibati idarəetmə heyətinin potensialını yüksək qiymətləndirərək müsbət fikirlər söyləyiblər.

Qeyd edək ki, 3 may 2019-cu il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Florence  Nightingale  Xəstəxanalar Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində  iyun ayından etibarən Mərkəzi Gömrük Hospitalın tibb bacıları və tibb qardaşları  Florence Nightingale Xəstəxanalarında çalışacaq və eyni zamanda Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universitetində təhsil alacaqlar.

Frame.az

 

Exit mobile version