2 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Xətai Sənət Mərkəzinin təşkilati dəstəyi ilə Nigar Yusupovanın layihə rəhbəri olduğu “Yaradıcı Gənc Əllər” adlı sərgi-tədbir həyata keçirilmişdir.
Layihənin məqsədi ölkəmizdəki yaradıcı, bacarıqlı gənclərə dəstək olmaq, onları tanıtmaq və yaradıcı gənclərin sayını artırmaq idi.
Tədbir müddətində müxtəlif növ əl işləri, rəsm əsərləri , muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmlər təqdim olundu. Cənubi Koreyaya aid bəzək əşyaları, jurnallardan ibarət guşəgələn qonaqlara təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkə – Cənubi Koreya mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olmağa şərait yaratdı.
Sərgidə ümumilikdə 50-dən artıq gəncin əl işləri və rəsmləri nümayiş etdirildi. Tədbirə gələn qonaqların sayı 200 nəfərdən çox idi. İştirakçılara təbii ağacdan xüsusi hazırlanmışbəciklər təqdim olundu.
Tədbir istedadlı gənclər CavidanFatihi və Sevinc Rəhimovanın royal və gitarada ifaları , həmçinin yaradıcı gənclərdən biri olan Natiq Musazadənin moda nümayişi ilə yadda qaldı.
İnsanları sərgilərə və bu kimi tədbirlərə ziyarət etməyə həvəsləndirməkvə motivasiya etmək məqsədi ilə nəzərdə tutulmuşhədiyyəligiriş biletləri oynanıldı.
Dünya dəyişir, mədəniyyət sisteminə yeni baxış formalaşır. İncəsənət dünyasında da bir sıra yeni dəst-xətlər yaranır. Azərbaycan rəssamlığı , incəsənəti də zamanın bütün dövrlərində dünya mədəniyyətinə öz tövhəsini vermişdir. Əminik ki, “Yaradıcı Gənc Əllər” tədbiri, müasir gənclər üçün incəsənətə yeni baxışın formalaşmasına xidmət edəcəkdir.