Site icon Frame.az

Vasco Araujonun “Liebestod. Sevgi və Ölüm” adlı fərdi sərgisi keçiriləcək

Goethe-Zentrum Baku Vasco Araujonun “Liebestod. Sevgi və Ölüm” adlı fərdi sərgisi ilə yaz mövsümünün açılışını elan edir

Sevgi və Kədər… bu iki hiss arasında ortaq olan çox şey var: onlar gözlənilməz, nəzarətsiz olmaqla bizim varlığımızın əsl mahiyyətini üzə çıxarır. Sevgi, kədər və yaxud iztirabı sakitləşdirmək və ya gizlətmək çətin olur.

Sevgi və ölüm mövzusu və onların ədəbi və musiqili əsərlərdə təzahürü rəssam Vasko Araujonu cəlb edir. Öz sevgilisi ilə bir yerdə ola bilməməsindən yaranan kədər onu itirmək faciəsi kimi ağrılı-acılıdır. Rixard Vaqnerin “Tristan və İzolda” və Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərlərində rast gəlinən qüssə və şəxsi faciəyə gətirib çıxaran sevginin təzahürü və illüziyanın yaranmasını tədqiq etmək marağı Vasko Araujonu bu məsələyə həm poetik, həm də psixoloji aspektdən yanaşmağa sövq edir. Hər iki əsər arasında aşkar bənzərlik – sevginin günahsızcasına izhar etməsi ilə başlayan süjet, sevgi konsepsiyası, gecə vaxtının tərkidünya pənahgahı və günün məhəbbət iztirablarından imtina mənasında uyğun bir zaman olması və hər iki operada kulminasiya nöqtəsi kimi ölərək bu iztirablardan qurtulmaq və söz yaxud musiqi əsərinin ortaya qoyduğu energetika müfəssəl incəsənət araşdırması və bu operaların təsiri altında yaranan iş planı ilə nəticələnmişdir.

Vasko Araujonun Azərbaycanda ilk fərdi sərgisinin əsas leytmotivi “Liebestod. Sevgi və Ölüm” videosudur: burada romantik eşq münasibətləri, ehtiras və iki sevgilinin bir yerdə ola bilməməsini təcəssüm etdirir. Bu məqamlar iki operanın süjet xəttini tədqiq edərək müqayisəsini aparan və sevginin tərifi, çağdaş dövrümüzün qəhrəmanlarının üzləşdikləri çətinliklərin təsviri və illüziyanın reallıqla üz-üzə gəldiyi hallarda insanın necə hərəkət etməli olmasına dair peşəkar məsləhətlər barədə rəssamın ortaya qoyduğu suallara cavab verən Azərbaycan və Almaniyadan olan psixoanalitiklərlə müsahibələr aparmaq yolu ilə onların baxış bucağı ilə incələnir. Dərin lirika, ecazkar musiqi, qədim məzarlıqların qorxunc gecə mənzərəsi, tərk edilmiş qala və toxunulmamış meşələrin ahəngində, bu söhbətlər tamaşaçını ölümün əbədi sevgi yolunda yeganə çıxış yolu olub olmadığına dair fikirlərə qərq edir.

Kurator: Əsli Səmədova

Tərcümeyi-hal

Vasco Araújo 1975-ci ildə Lissabon şəhərində anadan olub, bu şəhərdə yaşayır və yaradıcılığına davam edir. O, heykəltəraşlıq üzrə ilk dərəcəsini 1999-cu ildə FBAUL- da (Lizbon Universitetinin Gözəl Sənətlər Universiteti) qazanmışdır və 1999-2000-ci illərdə Lissabonda Maumaus şəhərində Vizual Sənətlər kursunda peşə bacarıqlarını genişləndirmişdir. Həmin vaxtdan etibarən həm Portuqaliyada, həm də xaricdə müxtəlif solo və qrup sərgilərində iştirak etmişdir, rezidenturaya qəbul proqramlarında iştirak edir, İncəsənət Universiteti, Filadelfiya (2007); Récollets, Paris (2005) və Core Proqramı (2003/04), Hyuston. 2003-cü ildə Yeni Rəssamlar EDP mükafatına layiq görülmüşdür.

Onun əsərləri müxtəlif kitablar və kataloqlarda nəşr olunmuşdur və bir sıra dövlət və şəxsi kolleksiyalarda təmsil edilir: Pompidou, Musée d’Art Moderne (Fransa); Museu Colecção Berardo, Arte Moderna e Contamporânea, (Portuqaliya); Fundação Calouste Gulbenkian (Portuqaliya); Fundación Centro Ordóñez-Falcón de Fotografía – COFF (İspaniya); Museo Nacional Reina Sofia, Centro de Arte (İspaniya); Fundação de Serralves (Portuqaliya); Gözəl Sənətlər Muzeyi, Houston (ABŞ); Pinacoteca do estado S. Paulo (Braziliya)

Sərgi, 9 Mart, şənbə günü 19:00-da, Kapellhausda (28 May küç. 35) başlayır və 4 Aprel 2019 tarixinə qədər davam edir. Sərgi: Çərşənbə – Bazar, 13:00-19:00 qədər davam edəcəkdir. Giriş sərbəstdir.

Frame.az

Exit mobile version