TəhsilTəqdimat

İtalyan dili üzrə rəsmi sertifikat artıq Bakıda

Dante Alighieri Cəmiyyəti 1889-cu ildə “dünyada italyan dili və mədəniyyətinin qorunması və təbliği’’ məqsədilə Romada yaradılmışdır.

Cəmiyyət bu fəaliyyətini xarici ölkələrdə formalaşdırdığı “Dante Alighieri” komitələri, kitabxanaları, italyan dili və mədəniyyəti klubları və kursları təşkil etməklə həyata keçirir. Dante Alighieri Cəmiyyətinin 80 ölkədə fəaliyyət göstərən 401 komitəsi var. Onlardan biri də, 2013-cü ildən Bakıda təsis edilmişdir və hazırda da fəaliyyət göstərməkdədir.

Yaradıldığı gündən Komitə Bakıda italyan dili və mədəniyyətinin tanıdılması məqsədiylə bir sıra lahiyələr həyata keçirməkdədir. Peşəkar müəllim kollektivi ilə keçirilən italyan dili kursları, danışıq klubları eləcə də, bu istiqamətdə təşkil etdiyi digər mədəni tədbirlər buna bariz nümunədir.

Bakı komitəsi Dante Alighieri Cəmiyyəti tərəfindən təsis edilən PLIDA sertifikatı üzrə imtahan mərkəzi lisenziyasını alaraq, bu ildən etibarən ilk dəfə bu imtahanları təşkil edəcəkdir. Nəzərinizə çatdırmaq istərdik ki, Dante Alighieri Cəmiyyətinin PLIDA (Dante Alighieri Cəmiyyətinin italyan dili üzrə layihəsi) mərkəzi tərəfindən verilən PLIDAsertifikatı “Ümumavropa dilləri üzrə çərçivə proqramı’’nın (CEFR) müəyyənləşdirdiyi 6 səviyyəyəəsasən, xarici dil kimi italyan dili bacarıqlarını yoxlayan rəsmi bir sertifikatdır. Avropa və Avropa xaricində linqvistik bacarıqların ədalətli və dəqiq qiymətləndirilməsinin təşviqi üçün birlikdə fəaliyyət göstərən dil testi təminatçıları ittifaqı olan ALTE tərəfindən də bu sertifikat yüksək qiymətləndirilir. Bundan əlavə, bu sertifikat İtaliya Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə tanınır və əcnəbi tələbələrin universitetə qəbulu prosesi zamanı etibarlı sənəd rolunu daşıyır. İmtahan mərkəzindən əldə etdiyimiz məlumata görə, bu sertifikat həm də uzunmüddətli yaşayış icazəsinin verilməsi üçün dəəsas tələblərdən biridir.

Ana dili italyan dili olmayan və iş, təhsil və ya başqa məqsədlə italyan dil sertifikatı tələb olunan hər bir kəs bu mərkəzdə imtahan verərək göstərdiyi nəticəyə uyğun olaraq bu sertifikatı əldə edə biləcək. Yaxın günlərdə Dante Alighieri Cəmiyyətinin Bakı Komitəsinin rəsmi səhifəsində imtahan tarixi, qeydiyyat qaydaları barədə ətraflı məlumat əldə edə biləcəksiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!