Baku City CircuitFormula 1Idman

Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün qalibi olub

“Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün qalibi olub.

“Ferrari”nin pilotu Şarl Lekler yarışı ikinci, S.Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü pillədə başa vurublar.

Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanıblar.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!