Site icon Frame.az

Sevgi haqqında 5 səhifə

Fevralın 15-də “BeeArif by my Dom” restoranında müəllif və yaradıcıları dizayner, layihənin yaradıcısı və müstəqil sahibkar Səbinə Zülalova və yazıçı, art-menecer, Colibri Arts-ın təsisçisi Ülviyyə Axundova olan SmArt Community-nin təşkilatçılığı ilə ədəbi gecə keçirildi.

Sözügedən gecə tamaşaçılara Azərbaycanın ən məşhur yazıçısı, əsərləri dünyanın rekord nəşrlərində çap olunan və 30-dan çox dilə tərcümə olunan Çingiz Abdullayevlə canlı ünsiyyət qurmaq imkanı verdi.

Gecənin çox mühüm tərkib hissəsi bir gün əvvəl keçirilən gənc yazıçılar müsabiqəsinin finalçılarının çıxışı ilə daha əlamətdar oldu. Müsabiqənin vəzifəsi yeni adları müəyyən etmək və gənc müəllifləri daha təcrübəli həmkarları və nəşriyyat nümayəndələri ilə tanış etmək idi. Bütün müsabiqə iştirakçılarının təqdim etdikləri qısa hekayələrdə bu və ya digər şəkildə geniş mənada Sevgi mövzusundan bəhs edilirdi.

5 finalçının yarışdığı müsabiqənin münsiflər heyətinə Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayevdən başqa, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, “Əli və Nino” mağazalar şəbəkəsinin Nigar Köçərli və şairə, “Söz” layihəsinin müəllifi Nigar Həsənzadə daxil idilər. Layihə təşkilatçıları, həmçinin, yaxın vaxtlarda “Çaşıoğlu” nəşriyyatının dəstəyi ilə müsabiqə qaliblərinin yeni, daha həcmli əsərlərinin yer aldığı ədəbi almanax nəşr etməyi planlaşdırırlar. SmArt Community eyni maraqlara malik insanları bir araya gətirən platformadır.

Layihənin məqsədi özünü inkişaf etdirməyə çalışan və yeni ideyalara açıq olan enerjili və uğurlu insanlardan ibarət icma formalaşdırmaqdır. Dinləyicilərə müxtəlif sahələrdən (biznes, dizayn, psixologiya, memarlıq və s.) ekspertlərdən müxtəlif mövzularda mühazirələr, ustad dərsləri təklif olunur. Görüşlər ildə 5-6 dəfə olmaqla, müxtəlif məkanlarda keçirilir.

Dəvət olunan hər bir mütəxəssis özünəməxsus bacarıq və məlumatlara malikdir və hər bir tədbirin formatı sizin asudə vaxtınızı keyfiyyətli keçirtmək üçün nəzərdə tutulmuşdur.

Exit mobile version