Fevralın 14-də Heydər Əliyev Sarayında “Sevgilim” adlı konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, konsertdə respublikanın tanınmış və gənc müğənnilərinin ifaları dinləniləcək.
Musiqili gecədə Azərbaycan xalq, bəstəkar mahnıları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.