FinansTurizmTəqdimat

Sığorta maarifləndirilməsi layihəsinin növbəti mərhələsi başlayıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında”imzalanmış Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin ikinci mərhələsinə start verilib.

Qeyd edək ki, layihənin ilk mərhələsində ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin formalaşdırılması üçün təbliğat işləri aparılıb. İkinci mərhələdə isə ayrı-ayrı sığorta sinifləri üzrə əhalinin və biznes dairələrinin maarifləndirməsi həyata keçiriəcək.

Artıq əmlak sığortası növünün təbliğatına başlanılıb. Qeyd edilən sığorta növü üzrə müxtəlif məzmunlu maarifləndirici və təbliğat materialları hazırlanaraq  media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunur. Həmçinin sosial şəbəkələr üçün hazırlanmış materiallar vasitəsi ilə əmlak sığortasının faydalarına dair ictimaiyyətə dəstəkləyici mesajlar verilir.

Layihə çərçivəsində hazırlanmış videoçarx vasitəsilə mənzil sahibi olmaq qədər mənzili sığortalatmağın  da vacibliyi vurğulanır, əmlak sığortasının faydalarına diqqət çəkilir.

Növbəti ilin I rübünədək davam etdirilməsi planlaşdırılan bu mərhələdən sonra sığorta bazarında aktivliyin və təbliğ olunan sığorta məhsullarına tələbatın artacağı gözlənilir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!