FinansIqtisadiyyatTəqdimat

“AzSığorta” Bakıda keçirilən “Mübarizlər” yarışında iştirak edib

“AzSığorta” artıq 3-cü  dəfə”Mübarizlər” layihəsinin sponsoru olub.Şirkət“Gilan Holding”, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi iləsentyabrın 29-daFövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində keçirilmiş yarışda iştirak edib. 

Müxtəlif fərdi şəxslərin, korporativ şirkətlərin iştirak etdiyi yarışa“AzSığorta” 2 komanda ilə qatılmışdır. Yarışın sonunda şirkətin hər iki komandası uğurla finişə çatmışdır. Şirkətin 1 nömrəli komandasının əməkdaşları isə 2 saat 52 dəqiqənəticəgörsədərək 29 şirkət arasında 15-ci yeri tutmuşdur.

“Mübarizlər” yarışı unikal və beynəlxalq statusa malik bir layihədir. İştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət ediblər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar.

Sığorta şirkəti  olaraq “Azsığorta” – fəal istirahət zamanıhər hansı bir qəza baş verə biləcəyini nəzərə alaraq “Mübarizlər” iştirakçılarının sağlamlığı və təhlükəsizliyi üçün onlarıoyun zamanı sığortalayır.

“AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!