AirnewsFinansSəyahətTurizmTəqdimat

“Bank Silk Way” World Mastercard Black Edition Miles kobrend premium kartını təqdim edir

“Bank Silk Way” “AZAL” aviaşirkəti və Mastercard beynəlxalq ödəniş sistemi ilə birgə Mastercard Black Edition Miles kobrend premium kartını buraxır. Bu kart bankın hesab etibarilə 7-ci Miles kartıdır.  Sözügedən ko-brend layihəsi çərçivəsində müvafiq razılaşma “Bank Silk Way” müşahidə şurasının sədri Elçin Əhmədov, Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev və Mastercard-ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov arasında imzalanmışdır.

Mastercard Black Edition Miles kartını səciyyələndirən cəhətlər parlaq dizayn, yüksək mil hesablanması, yenilikçi həllər dünyanın istənilən şəhərində mövcud xüsusi imtiyazlar kompleksidir. Bu kart ən yüksək səviyyədə rahatlığı və çoxlu səyahəti sevən insanlara ideal şəkildə uyğundur. Kartlar 2 və 3 il müddətinə buraxılır.  Müştərinin seçimindən asılı olaraq kart manat, ABŞ dolları və ya avro ilə verilə bilər.

Mastercard Black Edition Miles kartının üstünlükləri:

• Kart əldə olunarkən 400 hədiyyə balı verilir;

• Ölkənin xaricində xərclənən hər 3 AZN üçün 1 bal verilir;

• Ölkə daxilində xərclənən hər 6 AZN üçün 1 bal verilir;

• PriorityPass kartı hədiyyə verilir – dünyanın 1100-dən çox hava limanı zalına giriş imkanı;

• Dünyanın istənilən ölkəsində 24/7 rejimində MasterCard Concierge xidməti;

• Müştərilər və onların ailə üzvləri üçün 374.500 avro sığorta polisi ilə xaricə gedənlərin pulsuz sığorta proqramı;

• Dünyanın istənilən yerində Mastercard qlobal dəstək xidməti;

• Mastercard Global Airport Concierge – dünyanın 700-dən çox hava limanında;

 • Mastercard Premium Klublar – Hertz və Avisdən avtomobil icarəsi üçün xüsusi şərtlər və endirimlər;

• Mastercard-dan əvəzsiz güzəştlər – www.mastercard.az saytında tərəfdaşlar şəbəkəsində kartla ödəniş zamanı avtomatik endirimlər;

• Hədiyyə olaraq “SW Club” endirim kartı;

• Hədiyyə olaraq “Duty Free” endirim kartı;

• Salam Lounge zalına birdəfəlik səfər üçün hədiyyə kuponu;

• “Salam Lounge” və “Baku Club” biznes zallarına xüsusi şərtlərlə giriş;

• İnternet bankinq və Mobil bank xidmətinə pulsuz qoşulma;

• ATM-lərdə 10 000 AZN / USD / EUR-ya qədər nağd pul çıxarmaq üçün limit.

Xatırlatmaq istərdik ki, “SW Bank Miles” kartı bank kartının üstünlüklərini və “Azal Miles” proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını “Miles” kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin “Azerbaijan Airlines” aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Alınan milləri kart sahibi AZAL aviaşirkətinin reysləri zamanı pulsuz uçuş biletinə, təyyarə göyərtəsində xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!