SİMA ilə «E-gov» sisteminə giriş – DAHA ƏLÇATAN OLDU

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal imza vasitəsilə «ASAN Login» sistemi üzərindən Elektron hökumət portalına (www.e-gov.az) giriş daha əlçatan olub.

Frame.az xəbər verir ki, artıq SİMA ilə heç yerə getmədən, sənəd toplamadan, növbələrdə gözləmədən və ödənişsiz olaraq «e-gov.az» portalından rahat istifadə etmək mümkündür.

Həmçinin SİMA rəqəmsal imza ilə “e-gov.az” portalına daxil olduqdan sonra “myGov” portalına keçid edərək fərdi məlumatları da daha rahat əldə etmək olar. SİMA vasitəsilə rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr üzrə elektron xidmətlərdən yararlanmaq mümkündür.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: