Site icon Frame.az

“ŞİRİN”-li dünyamız

Şokoladı sevməyən demək olar ki, yoxdur…

Sovet dönəmindən qalma və bu günlərdə də öz aktuallığını itirməyən bir fikir var xalqımızda. Nədənsə çoxları xaricdə istehsal olunmuş məhsullara üstünlük verir. Bəs siz bilirdinizmi bizim doğma Azərbaycanımızda istehsal olunan şokoladlar və konfetlər elə həmin xaricdə qızıl və gümüş medala layiq görülüb? Elə isə yollanırıq Azərbaycanda bu şokoladları istehsal edən Şirin Qənnadı Fabrikinə. Qeyd edək ki, Şirin MMC 2006-cı ildən fəaliyyət göstərir, Almaniya və İtaliya istehsalı olan və yüksək standartlara cavab verən avadanliqlarla təchiz olunmuşdur. Əməkdaşlarımız yaxın günlərdə fabrikin qonağı oldu. Səmimi və mehriban kollektiv bizi gülərüzlə qarşıladı və Şirin dünyaya səyahətimiz başlandı.

Fabrikin sahəsi çox genişdir. Burada draje konfetlər üçün ayrı, şokoladlı, karamel konfetlər üçün ayrı sexlər quraşdırılmışdır. İstehsal tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Görünür, elə bu səbəbdən də məhsullara əl ilə toxunulmasına istehsal zamanı heç yerdə rast gəlmədik. Fabrikdə çalışan bütün əməkdaşlar gigiyenik geyimlərdə, səliqəli və təmiz alətlərlə çalışır. Bütün istehsal sahələrində ciddi nəzarətin olmasını qonaq olmağıma baxmayaraq, hətta mən də öz üzərimdə hiss etdim – məhsul istehsal olunan ərazilərə xalatda, başına qoruyucu papaq taxdıqdan sonra keçməyə icazə verilir. Təsəvvür edin, hətta parfumeriya istifadə etmək belə olmaz! Konfetlər istehsal olunandan sonra saxlanılan anbarlar da hər gün nəzarət altındadır, hazır məhsulu sərin və işıq düşməyən yerdə saxlayırlar. Baş texnoloqun dediyinə görə, bu məhsulun həm dadının, həm də yaxşı görünüşünün qorunub saxlaması üçün vacibdir.Bu şərtlərə əməl etməyin sayəsində Şirin qənnadı fabriki müştərilərinə yüksək keyfiyyət standartlarına uyğun olan və müasir İSO standartlarına cavab verən qənnadı məhsullarıni təqdim edir.“Şirin”-də istehsal olunan məhsulların digərlərindən çox önəmli fərqlərindən biri – istehsal prosesində ekoloji təmiz xammal və təbii qida qatqılarılarının istifadə olunmasıdır. Nə soya yağı, nə palma yağı, nə də geni dəyişdirilmiş məhsullardan istifadə edilmir, istifadəsinə qadağa qoyulub. Fabrikin laboratoriyası isə alınan xammala ciddi nəzarət edir. Qənnadı məhsullarının istehsalında əsas xammal olan kakao məhsulları belə (kakao yağları, kakao tozu və s.) genetik dəyişikliyə malik qatqılardan azaddır. . Bu yaxınlarda isə “Halal” qida sertifikatının alınması gözlənilir, Bu məqsədlə məhsulların tərkibini yoxlayan və rəsmi “Halal” sertifikatı verən dünya miqyaslı təşkilatlara məhsul nümunələri göndərilib, məhsullar yoxlanılıb və müsbət cavab alınıb. Etiraf etməliyəm ki, yediyim konfetlərin dadından başqa, tərkibinin də bu qədər keyfiyyətli olmasını bilmək xoş təəssürat bağışlayır. Fabrikin məhsulları qənnadı istehsalında böyük təcrübəsi olan mütəxəssislər tərəfindən işlənib hazırlanır. Məhz buna görə də bu konfetlər dünyanın dörd bir yanında sevilir.

Fəaliyyətə başladığı gündən bu günə qədər Şirin qənnadı fabriki bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. 2008-ci ildə cəmi iki il təcrübəyə malik olmasına baxmayaraq, Şirin fabriki Moskvada keçən XIV Beynəlxalq Qida “PRODEXPO-2008” sərgisində “Ən yaxşı məhsul – 2008” adına layiq olaraq qızıl medala layiq görülür. Yeyinti sahəsində göstərdiyi yüksək nailiyyətlərinə görə İqtisadiyyat və Biznes sahələri üzrə “UGUR 2007” milli mükafatı, 2013-cü ildə “WORLDFOOD” Moskva qida sərgisində 5 fərqli nominasiyalarda gümüş və qızıl medallar qazanır. 
Biz böyük fəxrlə qızıl medala layiq görülmüş Sakura şokoladı ilə çayımızı içib, bu gözəl məkandan ayrıldıq. Siz də həyatınıza yerli məhsulumuzla sevgi qatın, hər zaman milli abu-havada qalın. Frame.az
 
Exit mobile version