Uşaqlar müharibəni müxtəlif yaşlarda qarşıladılar. Kimisi körpə ikən, kimisi yeniyetmə dövründə, bəziləri də erkən gənclik çağında. Müharibə onları böyük şəhər və kiçik kəndlərdə, öz ev və ya nənələrinin yanında, ön və arxa cəbhədə tutdu.
Həmin uşaqlar böyüdülər və Vətən torpağını yağı düşməndən geri aldılar. Vətənə, Xalqa qalibiyyət yaşatdılar. Özlərindən sonra gələnlərə, indiki uşaqlara Qalib Xalqın övladı olmaq hissini bəşx etdilər. Artıq uşaqlarımızda o qorxu hissi, müharibə acısı yox, qürur, qalibiyyət və hünər hissi var.
Artıq hər il uşaqlar 8 Noyabr Zəfər Gününü çox sevinclə və qürurla gözləyirlər. Elə bu münasibətlə Azərbaycan Brendlər Birliyinin və Ailə Sosial Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı, Mosaic Group MMC-nin, BG Stroe, FLO, Chicco, OVS Kids brendlərinin dəstəyi ilə, Azərbaycan Rəssamlar İttifaqı, Times Consualting və Dəniz Mall ilə əməkdaşlıqda 8 Noyabr Zəfər Günü münasibəti ilə 05-12 yaşlı uşaqlar arasında “ŞİRİN RƏNGLƏR RƏSM FESTİVALI 2” keçirilib.
Festivala 100 yaxın rəsm əsəri göndərilib. Müsiflər heyyəti tərəfindən festivala göndərilən rəsm əsərləri qiymətləndirilib və 10 rəsm əsəri qalib olaraq seçilib.
Müsiflər heyyəti aşağıdakı tərkibdən ibarətdir.
1. Şıxəliyev Adil – Əməkdar Rəssam
2. Avşarov Rza – Əməkdar Rəssam
3. Əsgərova Şəhla – Rəssam
3. Rəhim Abbasov – Dəniz Mall-un Mall Meneceri
4. Aysel Məmmədzadə – Dəniz Mall-un Marketinq meneceri
5. Elnur Məmmədov – Times Consualting şirkətinin icraçı dirketoru
6. Aydın Vəliyev – Times Consualting şirkətinin satış meneceri
7. Səidə Mirzəzadə – Pasha Malls Marketinq kordinatoru
Festivalın yekun tədbiri və qaliblərin elanı 05 noyabr 2022-ci il tarixdə saat 18:00-da Dəniz Mall-da 2ci mərtəbədə baş tutacaq. Təşkilatçılar tərəfindən tədbir zamanı qalib 10 şəkil mükafatlandırılacaq və bütün iştirakçılar sertifikatla təmin ediləcəklər.