Mobil dünyaTəqdimat

Şirkətlərinin dörddə biri xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə etməyə hazırdır

Orta biznes CEO-ların təxminən dörddə biri (24%) İT xərclərini azaltmaq üçün korporativ proqram təminatı alternativlərindən istifadə etməyə hazırdır.

Eyni zamanda, kiçik biznesdə** respondentlərin yalnız 8%-i bu addımı atmaq barədə düşünür. Qeyd olunan məlumatlar Kaspersky tərəfindən böhranlar zamanı kiçik və orta biznesin (KOB) davranışı ilə bağlı araşdırmasının nəticələridir. Kibertəhlükəsizlik üzrə ekspertlər qeyd edirlər ki, bu cür tədbirlər şirkətlərin təhlükəsizliyinə ciddi təsir göstərə bilər, çünki təcavüzkarlar aktiv şəkildə populyar proqramların adı altında zərərli fayllar yayırlar.

Kaspersky Security Network-ün (KSN)*** məlumatına görə, 2022-ci ilin cəmi səkkiz ayı ərzində populyar korporativ proqram kimi maskalanan zərərli və arzuolunmaz proqramlarla qarşılaşan istifadəçilərin ümumi sayı 9685 nəfər təşkil edib. Ümumilikdə, kiçik və orta bizneslə bağlı qeyri-rəsmi (o cümlədən pirat) proqram adı altında 4525 unikal zərərli və ya arzuolunmaz fayl yayılıb.

Bütün kiçik və orta bizneslər arasında daha ucuz podratçıların tapılması və adi proqrama pulsuz alternativlərin tətbiqi kimi təhlükəsiz antiböhran tədbirləri ən populyardır – onları respondentlərin müvafiq olaraq 41% və 32% qeyd edib. Lakin rəhbər işçilərin 15%-i**** hələ də xərcləri azaltmaq üçün proqramı pirat versiya ilə əvəz etməyə hazır olduqlarını bildiriblər.

Respondentlərin sındırılmış versiylarla əvəz etmək istədiyi proqram növünə gəlincə, əksəriyyət layihənin idarə edilməsi, marketinq və satış üçün proqramı seçib, 41% isə hətta kibertəhlükəsizlik proqramlarının pirat variantlarından istifadə etməyə razılaşıb.

“Kiçik və orta biznes üçün ümumi problem resurs çatışmazlığıdır. Bununla belə, bu, pirat və ya sındırılmış proqramlardan istifadəyə baş vurmaq üçün bəhanə ola bilməz. Bu cür proqramlar tez-tez troyanları və maynerləri gizlədir, zəiflikləri bağlamaq üçün tərtibatçılar tərəfindən buraxılan düzəlişlər və ya yamaqları ehtiva etmir. Bütün bu zəifliklər təcavüzkarlar tərəfindən istifadə edilə bilər. Buna görə də, öz mənfəətini və reputasiyasını, həmçinin özlərinin və müştərilərinin təhlükəsizliyini qiymətləndirən təşkilatlar proqramın pirat versiyalarından istifadəni tamamilə istisna etməlidirlər. Əgər İT xərclərinə təcili qənaət etmək zərurəti yaranarsa, daha yaxşı olar ki, rəsmi pulsuz alternativlərdən istifadə edəsiniz”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Məlumat sızması və yoluxmuş proqramın quraşdırılması nəticəsində maliyyə itkilərinin qarşısını almaq üçün Kaspersky şirkətlərə aşağıdakı kibertəhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir.

İşçilərinizin administrator hüquqları olmadan standart hesablardan istifadə etdiyindən əmin olun. Bu, qanuni proqram ilə səhv salınan troyanın təsadüfən quraşdırılmasının qarşısını alacaq.

Əgər pula qənaət etmək lazımdırsa, pulsuz təhlükəsizlik həllərindən istifadə edin. Onlar adətən ödənişli məhsullardan daha az xüsusiyyətlərə malikdirlər, lakin yenə də çox faydalı ola bilərlər. Müstəqil testlərin nəticələrinə əsaslanaraq bir həll seçin və onu birbaşa tərtibatçının saytından yükləyərək quraşdırın.

Gizli maynerin elektrik istehlakı xərcini ödəməmək üçün cihazlarınızın işinə daim nəzarət etməyə çalışın. Əgər kompüteriniz onu heç kim istifadə etmədikdə belə yavaşlayır, qızdırır və çox səs-küy yaradırsa, kimsə cihaza prosessoru və video kartı həddən artıq yükləyən mayner quraşdırmış ola bilər. Yalnız zərərli proqramları deyil, həm də potensial olaraq arzuolunmaz quraşdırmaları aşkar edən təhlükəsizlik həllindən istifadə edin.

Yenilənmə çıxan kimi əməliyyat sisteminizi, təhlükəsizlik həllərinizi, brauzerinizi və işlədiyiniz bütün proqramları yeniləyin.

Mühüm fayllarınızın buludda və alternativ media daşıyıcılarda müntəzəm olaraq ehtiyat nüsxəsini yaradın. Fidyə proqramları onları əsas kompüterdə şifrələsə belə, bunun köməyilə məlumatlarınızı qoruya bilərsiniz. Həmçinin, əməliyyat sistemindəki zərərli proqramların hərəkətlərini geri çevirməyə imkan verəcək, kripto-blokerlərdən qorunma təmin edən funksiyaya malik təhlükəsizlik həllindən istifadə edin.
Biznesinizi məhdud büdcə ilə necə qorumaq barədə əlavə tövsiyələr üçün xüsusi Kaspersky Low Budget Hub-a baş çəkin.

Sorğuda kiçik və orta biznesi təmsil edən 1300 menecer iştirak edib. Kaspersky-nin böhranlar zamanı KOB sektorunun taktikasına dair hesabatının tam mətni ilə Kaspersky Daily-də tanış olmaq olar.

* 50-dən 999-a qədər işçi

** 50-yə qədər işçi

*** Kaspersky istifadəçiləri tərəfindən kibertəhlükələrə dair 1 yanvar – 30 avqust 2022-ci il tarixləri üçün könüllü olaraq təqdim edilmiş anonim məlumatla

**** Kiçik və orta biznes üçün ortalama olaraq

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!