EventsQalereyaSəyahət

Şirvan Milli Parkına foto ovçuluq (foto hunting) turu-FOTO-lar

”Golden Rock Travel” Şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin üzvü Fərqanə Qasımlının təşkilatçılığı ilə ekoloji turizmi inkişaf etdirmək məqsədilə 07.01.2017-ci il tarixində Azərbaycanın Şirvan Milli Parkına foto ovçuluq (foto hunting) turu təşkil etmişdilər.

Fototurda 20- dən çox həvəskar və peşəkar fotoqraf iştirak etmişdi. Şirvan Milli Parkın ərazisində yerləşən muzeylə tanış olduqdan sonra bələdçinin təlimatını uyğun bələdçilərin müşayəti ilə yola davam edildi.

Fotoqraflar havanın günəşli keçməsindən yararlanaraq Azərbaycanın vəhşi təbiətində quşlardan qutanları, flaminqoları, bərzək sürüsü, yaşılbaş ördəkləri heyvanlardan ceyranı və nə qədər təəcüblü olsa da yanvar ayında gürzə ilanı çəkməyə müvəffəq oldular.

Günün sonunda günəşin qürubunun fotosunu və kollektiv şəkil çəktirərək Şirvan Milli Parkını tərk etdilər. Frame.az 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!