Siyasi partiyalar hakimiyyətin formalaşmasında əsas institutlardan biridir

Siyasi partiyalar haqqında qanun layihəsi ətrafında iş artıq bir müddətdir ki gedir. Qanun layihəsi Sentyabrın əvvəlindən Milli Məclisin saytında yerləşdirilərək ictimaiyyətin müzakirəsinə təqdim olunub. Bununla yanaşı, qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin, QHT nümayəndələrinin, mətbuatın və bütün maraqlı tərəflərin iştirakı ilə iki dinləmə keçirilib. Mən, və deputat həmkarlarım bu dinləmələrə qatılmışıq. Qanun layihəsinin bu formada müzakirəyə çıxarılması, ictimaiyyətin müzakirəyə cəlb olunması özü-özlüyündə çox pozitiv bir haldır.
Müzakirələr zamanı irəli sürülən təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. Yenilənmiş qanun layihəsinə 66 dəyişiklik edilib. Bu dəyişikliklərdə müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlərin öz əksini tapıb, dəyişikliklər siyasi partiyaların fəaliyyətinin sadələşdirilməsini nəzərdə tutur. Layihədə partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılıb, sənədlərin toplanması ilə bağlı müddət isə artırılıbdır.
Siyasi partiyalar hakimiyyətin formalaşmasında əsas institutlardan biridir. Biz çalışmalıyıq ki, ölkəmizdə sağlam siyasi mühitin yaradılmasını stimullaşdıraq. Qanun layihəsi ətrafında aparılan müzakirələri və müzakirələr nəticəsində layihənin ciddi liberallaşdırılmasının baş verməsini müsbət istiqamət kimi qiymətləndirirəm.
Bu fikirləri Frame.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: