“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi aktual və önəmlidir

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi aktual və önəmli qanun layihəsidir.

Frame.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nigar Arpadarai bildirib.

Siyasi partiya üzvü olmasam da, parlamentarizmin inkişafında partiyaların və partiya institutlarının nə qədər mühüm rol oynadığını çox yaxşı dərk edirəm. Siyasi partiyalar cəmiyyətdəki proseslərin, sosial sifarişin daha yaxşı təmin edilməsi üçün bir vasitədir. Partiyalar davamlılığı, siyasi təcrübənin toplanmasını, onun gələcək siyasətçi nəsillərinə ötürülməsini təmin edir.

Bu baxımdan ‘Siyasi partiyalar haqqında’ mövcud qanun layihəsinə yenidən baxılmasını zəruri hesab edirəm. Mövcud qanun uzun zaman öncə, fərqli siyasi proseslərin cərəyan etdiyi dövrdə qəbul edilib. Hazırki siyasi reallıqlar (həm daxili, həm də beynəlxalq) fərqlidir. Milli Məclis ictimai müzakirəni stimullaşdırmaq məqsədilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini öz saytında dərc edib.

Millət vəkili olaraq, bu təşəbbüsü alqışlayıram və bu mövzuda təcrübə və biliyə malik olan insanları layihənin yenidən işlənməsi prosesində fəal iştirak etməyə dəvət edirəm. Siyasi fəaliyyətindən və ya maraqlardan asılı olmayaraq, hər kəsin konstruktiv müzakirəyə qatılması vacibdir.

Qeyd edim ki, dövlət quruculuğuna mənfi təsirlərdən uzaq olmaq üçün radikal və ya cəmiyyəti ‘bölən’ ritorikadan uzaq olmalıyıq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: