Mobil dünyaTəqdimat

Skamerlərdən hədiyyələr: Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Yeni İl bayramı hədiyyələrlə zəngin olur və burada internet dələduzluğu problemi öz aktuallığını saxlayır. Təcavüzkarlar bu mövzunu fəal şəkildə istismar edirlər. İstifadəçilərin diqqətsizliyinə güvənərək onlar tez-tez tanınmış brendlərin adı altında gizlənir və istifadəçilərə sadə hərəkətlər qarşlılğında iri pul uduşları vəd edirlər. Dələduzlar uduşun əldə edilməsi üçün bank kartı məlumatlarının daxil edilməsi və ya komissiya ödənilməsini istəyə bilərlər. Xatırladırıq ki, öz məlumatlarınızı daxil etdiyiniz saytları diqqətlə yoxlamaq və şəbəkədəki çox səxavətli təkliflərə qarşı olduqca həssas yanaşmaq lazımdır.

“Təcavüzkarlar öz sxemlərini hər zaman aktual hadisələrə uyğunlaşdırırlar və yeni il bayramı da istisna deyil. Görürük ki, fırıldaqçılar tez-tez elektron ödəniş, sorğu, uduş səhifələri və onlayn mağaza adı altında gizlənirlər. Təhlükəsizlikdən əmin olmaq üçün saytın doğrudan da həmin brendə aid olduğunu, ünvan adının rəsmi adla üst-üstə düşdüyünü yoxlayın, həmçinin “Whois” xidmətlərində onun kimin adına və nə zaman qeydiyyata alındığını da dəqiqləşdirmək olar”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Dələduzların toruna düşməmək üçün Kaspersky əsas qaydalara əməl etməyi tövsiyə edir:

elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin;

ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın;

daha yaxşı olar ki onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz;

fişinq və ya skam saytlarına və ya zərərli reklam banerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə fayda var.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!