Site icon Frame.az

Skautinq gənc nəslin nümayəndələri üçün faydalıdır

Mən beşinci dəfədir Dünya Skaut Konfransında iştirak edirəm, amma Azərbaycana ilk dəfədir gəlirəm. Ölkənizin və onun paytaxtının gözəlliyinə valeh olmuşam. Burada o qədər diqqətəlayiq görməli yer, o qədər xeyirxah insan var ki. Artıq bulvarda, İçərişəhərdə olmuşam. Çox güman, konfransdan sonra barəsində çox eşitdiyim Qəbələyə ekskursiyaya yollanacağam.

Bu sözləri 41-ci Dünya Skaut Konfransının iştirakçısı, Qətər nümayəndəsi Məhəmməd Abbas Rəhim məxsusi müsahibəsində söyləyib.

O deyib: “Mən 12 yaşımda skaut olmuşam. O vaxtdan həmkarlarımla ünsiyyətim və skaut tədbirlərində iştirakım sayəsində çox şey öyrənmişəm. Skautinq gənc nəslin nümayəndələri üçün xüsusilə faydalıdır, çünki canlı təbiətlə ünsiyyətdə olmaq, salamat qalmaq vərdişləri fomalaşdırır və fiziki inkişafa kömək edir. Hazırda Qətərdə təqribən 5300 skaut var və onların sayı durmadan artır.

Hamınızı stendimizə dəvət edirəm. Burada Qətər haqqında ətraflı məlumat ala, yeri gəlmişkən, öz bağımdan topladığım təzə xurma ilə ənənəvi ərəb qəhvəsi içə bilərsiniz. Bundan əlavə, stenddə 2022-ci ildə Qətərdə keçiriləcək və ölkəmizə çoxlu qonaq cəlb edəcək dünya futbol çempionatı haqqında materiallara geniş yer verilib”.

Azərtac, Frame.az

Exit mobile version