EventsFrame LifeTəqdimat

SmArt Community layihəsinin təqdimatı keçirilib

Yanvarın 12-də “Sirovarnya” restoranında müəllifləri və yaradıcıları dizayner, layihələrin yaradıcısı və fərdi sahibkar Səbinə Zülalova və yazıçı, art menecer, Yarat Müasir İncəsənət Məkanı ictimai proqramlar şöbəsinin müdiri Ülviyyə Axundova olan yeni SmArt Community layihəsinin təqdimatı uğurla keçirildi.

SmArt Community – eyni maraqlara malik insanları bir araya gətirən bir platformadır. Layihənin məqsədi özünü inkişaf etdirməyə çalışan və yeni ideyalara açıq olan enerjili və uğurlu insanların icmasını formalaşdırmaqdır. Auditoriyaya müxtəlif sahələrdən (biznes, dizayn, psixologiya, memarlıq və s.) olan ekspertlərdən müxtəlif mövzularda mühazirələr, master-klasslar təklif olunacaq. Görüşlər ildə 5-6 dəfə olmaqla, müxtəlif məkanlarda keçiriləcək.

Dəvət olunan hər bir mütəxəssis özünəməxsus bacarıq və məlumatlara malikdir və hər bir tədbirin formatı sizin asudə vaxtınızı keyfiyyətli keçirtmək üçün nəzərdə tutulub. Planlaşdırılan mühazirələrdən birincisi “İnteryerin bütün incəlikləri. İşıq, rəng, tekstil və bir az da psixologiya” yanvarın 12-də baş tutdu və peşəkar dizaynerlər, memarlar, gözəllik və üslub dəyərləndiriciləri, sahibkarlar və sadəcə olaraq, interyeri bacarıqla yaratmağı və evləri üçün detalları seçməyi öyrənmək istəyən hər kəsin böyük marağına səbəb oldu.

Həmin axşam tamaşaçılar nəinki rahat ab-havadan və xoş söhbətdən həzz aldılar, həm də yeni biliklər əldə etmiş oldular. Təcrübələrini bölüşən natiqlər arasında ictimai interyerlərin və fərdi yaşayış sahələrinin yaradılması anni interiors studiyasının təsisçisi Anna Dobrikova, işıqlandırma üzrə mütəxəssis, TheProject ticarət və dizayn şirkətinin təsisçisi İlqar İsgəndərov, işıqlandırma üzrə dizayner, The View dizayn bürosunun təsisçisi Mariya Kalmıkova, art-terapevt və sənətşünas Mehriban Şəmsədinskaya və Asmart Creative Hub-ın təsisçisi, AzərXalça-nın kreativ direktoru Əsmər Abdullayeva, “Era Design” şirkətinin direktoru və “Lepka Art” show room-munun sahibkarı Şenay Abbasova, “Green Life” abadləq və bağçılıq mərkəzinin təsisçisi Farid Baxşəliyev.

Bu tədbir mühazirələr üçün platforma təqdim edən “Sirovarnya” restoranı, qonaqları qırmızı şərabların yeni çeşidi ilə qonaq edən ”AZGRANATA” brendi və sərinləşdirici içkilər təqdim edən “Aquavita” tərəfindən dəstəklənib.

İnformasiya dəstəyi Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!