Son 3 gündə yıxılaraq travma alan 54 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbindən Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edənlərin sayı artsa da, avtoqəzalar nəticəsində xəsarət alanların sayı kifayət qədər azalıb.

Bu barədə Kliniki Tibbi Mərkəzin yaydığı məlumatda bildirilir. Son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər KTM-ə gətirilib. Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir.

“Qarlı hava şəraitini nəzərə alaraq sürücüləri və piyadaları daha diqqətli olmağa çağırırıq. Unutmayaq ki, baş verə biləcək hadisədən heç kim sığortalanmayıb”, – deyə məlumatda bildirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: