Idman

Son çempion çempionata məğlubiyyətlə başladı

EPL 2016-2017 mövsümü 1-ci turun xülasəsi.

Mövsümün açılış turunun ilk günü olduqca maraqlı mübarizəylə yadda qaldı. Keçirilən 8 oyunun yalnız ikisində qarşılıqlı qol alınmadısa,həmin matçlarda da qonaqlar minimal hesablı qələbə qazandı. Açılış matçında son çempion “Leicester” mövsümün debutantı “Hull City” qarşısında aciz qaldı 2:1. Pep Guardiola’nın “Manchester City” klubunun sükanı arxasında debütü uğurlu alındı. Hərçənd qələbəni “şəhərlilər” elə də asan əldə etmədilər.Guardiola’nın “Barcelona” və “Bayern Munchen” klublarında aşıladığı topa nəzarəti “Manchester City” klubunun ifasında da gördük.

Guardiola’nın komandasının debüt matçında 77 faiz topa yiyələnməsi nə deməkdi? Buna görə Katalon’iyalı mütəxəssisə alqış düşür. Amma “Manchester City” klubunu abıra mindirmək üçün Guardiola hələ çox çalışmalıdı. Ronald Koeman’ın “Ewerton” klubunun sükanı arxasında debütü uğurlu olmadı. Komanda hesabda irəlidə olmasına baxmayaraq matçın sonlarına yaxın Eric Lamela’nın vurduğu qola əngəl ola bilmədi və nəticədə “Tottenham” klubu ilə 1:1-lik nəticəyə razılaşmalı oldu.

Bu arada “Tottenham” klubunun qapıçısı Lloris zədələnərək qeyri-müəyyən müddətə sıradan çıxdı. Turun mərkəzi oyunu bazar günü keçirildi.

“Arsenal” öz evində “Liverpool” komandasını qəbul edirdi. Bu matçda nə az nə çox düz 7 qol qeydə alındı. 4:3 hesabı ilə qələbə qazanan “Liverpool” aktivinə ilk 3 xalı yazdırdı, “Arsenal isə turu xalsız qapatdı. Joze Maurinho’nun da yeni klubunda kı, debütü uğurlu alındı. Maurinho’nun yetirmələri “Bornmut” komandasını səfərdə Mata Rooney və İbrahimovic’in vurduğu qollarla 3:1 hesabı ilə məğlub etdi və ilk turdan sonra 1-ci pilləyə yüksəldi.

Tura “Chelsea-West Ham” matçı ilə yekun vuruldu. İtaliyalı mütəxəssis Antonio Conte’nin yeni klubu Chelsea’da debütü uğurlu alındı.

London klubuna qələbə qolunu son dəqiqələrdə Diego Costa gətirdi.

Pərvin Bayramov.

Frame.az

14010071_1166644510047767_1507311985_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!