Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 545 yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 807 min 17 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 793 min 747 nəfər müalicə olunaraq sağalıb, 9 min 774 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 486 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 802, bu günə qədər isə ümumilikdə 7 milyon 110 min 178 test icra olunub.