Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 78 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 78 yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 986 nəfər müalicə olunaraq sağalıb, 9 mın 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 840 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 956, bu günə qədər isə ümumilikdə 6 milyon 666 min 40 test icra olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!