Covid-19SağlamlıqTəqdimat

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3192 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3192 yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 640 min 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 min 50 nəfər müalicə olunaraq sağalıb, 8 min 650 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 448 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 544, bu günə qədər isə ümumilikdə 6 milyon 94 min 493 test icra olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!