Frame LifeSosialTəhsilTəqdimat

Sosial çarx müsabiqəsinin qalibləri mükafatlandırıldı

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fəsadları ilə bağlı sosial çarx müsabiqəsinə yekun vurulub. Müsabiqə tələbə jurnalistlər arasında keçirilib. Layihəni “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi, Qeyri-Hökmət Təşkilatlarina Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirib. Qaliblərin mukafatlandırılma mərasimi Beynəlxalq Mətbuat Mərkəzində baş tutub.

İctimai Birliyin rəhbəri Aynur Nəsirova layihə barədə məlumat verib. Bildirib ki,  layihənin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bu məqsədlə də, videoçarxlardakı məlumatlar digər dillərdə də verilib.

A.Nəsirova qeyd edib ki, layihə gənclərimizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlılığının artırılmasına kömək edir. İnformasiya müharibəsində fəal olmaq bu gün vacib şərtdir. Bu işdə gənclərimiz daha çox çalışmalıdırlar. Belə müsabiqələr, məlumatlar da, bu işə töhfə verir.

Müsabiqə barədə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanının müavini Sevinc Əliyeva, yazıçı-publisist İlqar Rəsul və digər qonaqlar fikirlərini bölüşüblər. Bu cür müsabiqələrin keçirilməsinin təqdirəlayiq olduğunu bildiriblər. Sonra mükafata layiq görülən sosial çarxlara baxış olub. Onlar haqqında  müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Qaliblər mükafatlandırılıblar.

Gülnaz Hacıyeva

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!