EventsIqtisadiyyatMobil dünyaTurizmTəhsilTəqdimat

KekaMaps və Costy öz layihələriylə “Start.Up! Germany Pitch Event 2022” tədbirində qələbə qazandılar!

11 avqust 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Gürcüstan Alman Biznes Assosiasiyası (DWV) və Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda “Start.Up! Germany Pitch Event 2022” tədbirini təşkil edib.

Nəticədə Məhəmməd Kekalov tərəfindən təmsil olunan azərbaycanlı startap KekaMaps və Otar Davitadzenin təmsil etdiyi gürcü startapı Costy münsiflər heyəti tərəfindən müsabiqənin ən yaxşı startapı seçiliblər. Onlar Almanyada keçiriləcək “Start.Up! Germany Tour 2022” müsabiqəsində iştirak etmək imkanı uğrunda yarışıb və 2022-ci ilin oktyabr ayında öz innovativ biznes ideyalarını alman korporasiyalarına və beynəlxalq şirkətlərə təqdim etmək imkanı qazanıblar.

AHK Azərbaycanın İcraçı direktorunun müavini, cənab Fabian Zittlau, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin Missiya üzrə Müdir müavini cənab Hayko Şvarç və Gürcüstanın Azərbaycandakı Səfirliyinin fövqəladə və səlahiyyətli elçisi cənab Revaz Sakvarelidze tədbirin rəsmi hissəsini açaraq rəqabət aparan doqquz gürcü və azərbaycanlı startap təmsilçilərini, yüksək vəzifəli münsiflər heyətini, eləcə də alman-azərbaycan biznes cəmiyyətinin üzvlərini salamlayıblar. Bununla yanaşı, Sparkassenstiftung Bakı nümayəndəliyinin ölkə üzrə nümayəndəsi, cənab Eduard Şmit, EKM Global şirkətinin məsləhətçisi cənab Elşən Musayev, Rödl & Partner şirkətinin nümayəndəlik rəhbəri, cənab Elçin Usub və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə Ekosisteminin İnkişafı Departamentinin rəhbəri xanım Leyla Hacıyeva münsiflər heyətini təmsil ediblər.

Tədbir qaydalarının təqdimatının ardınca ATruck, AzAstro Technologies, KekaMaps, Recepta, və Satelyzer LLC adlı azərbaycanlı startapçı şirkətlərə öz biznes modelləri və yenilikçi məhsullarını təqdim etmələri üçün üç dəqiqə vaxt verilib. Onlar DG Systems, Styx, Corvis, və Costy adlı gürcü startapçı şirkətlərə qarşı yarışıblar. Daha sonra təmsilçilər münsiflər heyətinin startaplar ilə bağlı suallarını cavablandırıblar.

Sonda münsiflər heyəti və tədbir iştirakçıları ən yaxşı startapların seçilməsi üçün öz rəylərini paylaşıblar. Ən yaxşı dörd startap Kekamaps, Satelyzer, Costy və Styx Almaniyanın Berlin şəhərində 22 və 23 oktyabrda keçiriləcək 2022 Sahibkarlıq Sammitində iştirak etmə imkanı əldə AHK Aserbaidschan Winter Park Plaza, 7. Stock  Rasul Rza Str. 75  AZ 1014 Baku  Aserbaidschan ediblər. Bundan əlavə, startapların hər biri Lufthansa-dan eksklüziv uçuş biletləri qazanıblar. Müsabiqənin qalibləri olaraq, KekaMaps və Costy əlavə olaraq Beynəlxalq Pitch Müsabiqəsində digər startaplar ilə birgə yarışıb finala çıxmaq imkanı və 23-27 Oktyabr 2022-ci il tarixlərində Şimali Reyn Vestfaliyada keçiriləcək “Start.up Germany Tour 2022”-də tanınmış alman transmilli şirkətləri və innovativ KOM-ları ilə görüşmək şansı əldə edəcəklər.

Əlavə olaraq AHK Azərbaycan bu layihə çərçivəsində 11-12 avqust 2022-ci il tarixlərində “Start.up! Bakı turu” təşkil edib. Tur Gürcüstan və Azərbaycanın kənd ərazilərində ümumi problemlərin həlli üçün hər iki ölkədən olan iştirakçı startapların birgə seminarı ilə başlayıb. Daha sonra, gürcü startapları müxtəlif inkubasiya və texnoloji mərkəzlərə baş çəkərək Azərbaycanın startap ekosistemi ilə tanış olublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!