Site icon Frame.az

Stefani-dən qəhvə ətirli əsərlər

“Handmade”-in bu günki qəhrəmanı Stefani Əliyevadır.. Onun 23 yaşı var və tətbiqi sənət dizayneridir. Stefaninin əl işlərinin əsasını qəhvə dənəcikləri təşkil edir.

Xanımın bu sevdası onun qəhvə içkilərini həddən artıq sevməsi ilə başlıyıb. Get-gedə Stefani bu sevgisini əl işlərində insanlara təqdim etməyi qərarlaşdirib və bir-birindən maraqlı əl işləri yaradıb.

Qəhrəmanımız deyir: “Təəsüf ki, bizdə hələ də bu qəhvə dənəciklərinə sadəcə içki hazırlamaq üçün yanaşırlar. Halbuki, ondan gözəl sənət əsərləri hazırlamaq olar”.

Stefaninin hazırladığı hər bir əl işi öz məxsusi ətri və gözəlliyi ilə seçilir. O, həmçinin vitraj rəsmlər və qrafik əsərlər də çəkir.

Frame.az bu gözəl xanıma yeni-yeni uğurlar arzu edir və sizləri Stefaninin əl işləri dünyasına kiçik səyahətə dəvət edir.

Exit mobile version