Site icon Frame.az

Stoffel Vandorn: Bakı trası çətin, lakin maraqlıdır

“McLaren” pilotu Stoffel Vandorn aprelin 27-dən 29-dək Bakı şəhər trasında keçiriləcək F 1 Azərbaycan Qran-Prisindən gözləntilərini bölüşüb.

Frame.az xəbər verir ki, Stoffel Vandorn F 1 Azərbaycan Qran-Prisinin pilotlardan böyük bacarıq tələb etdiyini bildirib. O deyib: “Bakı trası çətin, lakin maraqlıdır. Yarışlar zamanı “Köhnə şəhər”i keçirsən və bu darısqal küçələrdə ötmə əməliyyatları çox mürəkkəb olur. Ümidvaram ki, ötən il olduğu kimi, bu il də biz istənilən vəziyyətdən üstünlüklə çıxa biləcəyik. Keçən mövsümdə burada çox çətin oldu. Ötmə əməliyyatları yalnız düz yolda mümkün idi və bu, bizim üçün problem oldu. Bu çətinliklər “McLaren” üçün indi də mövcuddur, amma mühüm olan bizim bolidin nə göstərəcəyidir”.

Sonda pilot vurğulayıb: “Start mənim üçün ən mühüm an olacaq. Son iki yarışda yaxşı start edə bilməmişdim. Bakıda ötmənin çətin olduğu nəzərə alınarsa, məhz startda mümkün qədər yaxşı mövqe qazanmaq lazımdır. Mən pelotonun ortasında ağır mübarizə və yarışın gedişində irəliləmə olacağını gözləyirəm”.

Exit mobile version