Site icon Frame.az

“Sumqayıt Texnologiyalar Parkı”na yeni Baş İcraçı Direktor təyin olundu

Azərbaycanın aparıcı sənaye müəssisəsi – “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə (STP) yeni Baş İcraçı Direktor təyin olunub.

Frame.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatada deyilir ki, nəzdində bir sıra Biznes Vahidləri və Müştərək Şirkətlər olan quruma Ruslan Ağabəyli rəhbərlik edəcəkdir.

R.Ağabəyli istehsal sahəsində 20 illik peşəkar təcrübəyə malikdir. O, bundan öncə “Lafarge-Holcim” şirkətində Biznesin İnkişafı, Satış, Satınalma və İnsan Resurslarının İdarəolunması sahələrində yerli və beynəlxalq səviyyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Yeni Baş İcraçı Direktor Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb, çalışdığı müddətdə “London Business School”, “İMD”, “İNSEAD” və “Ivey Business School” kimi xarici təhsil ocaqlarında müxtəlif ixtisasartırma kursları keçib.

Exit mobile version