IqtisadiyyatTurizmTəqdimat

STP Müdafiə Nazirliyinə Yük maşını və qoşqu hədiyyə etdi

STP Şirkətlər Qrupu Qarabağ uğrunda 44 günlük müharibədə əldə etdiyimiz qələbəyə həsr olunan 8 noyabr,Zəfər günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinə yük maşını və öz istehsalı olanqoşqu hədiyyə edib.  Hədiyyə edilən qoşqu 50 tona qədər yükgötürmə qabiliyyətinə malikdir və təkərli, tırtıllı zirehli texnikaların daşınması üçün nəzərdə tutulub. Onun çəkisi 13 ton, uzunluğu 15.45m, eni 3.4m və yerdən platformaya qədər olan məsafəsi  1.14m-dir.

STP Şirkətlər Qrupu daim dövlətimizin və ordumuzun yanındadır.  Müəssisə müxtəlif  məhsul istehsalını təmin edən avadanlıqları və sifarişçinin istəyinə uyğun  həllər  hazırlaya bilən  mütəxəssis heyəti ilə daim Müdafiə Nazirliyinin yanında olub. Həmçinin şirkət bu günə kimi dəfələrlə öz texniki bilik və təcrübəsini Nazirliklə bölüşüb və gələcəkdə də bölüşməyə hazırdır.

Qeyd edək ki, STP Şirkətlər qrupu regionda ilk texnopark olmaqla kabel, elektrik avadanlıqları, alüminium və mis profillər, sendviç panellər, polimer borular, dəqiq mexaniki emal, qaynaq quraşdırma, ağır maşınqayırma, qaynar sinkləmə, qumlama və rəngləmə, metaləritmə və texniki qazların istehsalı kimi 30-dan çox istehsal sahələrini tərkibində birləşdirir.  Müəssisənin  təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlər neft-qaz,  energetika, inşaat, kənd təsərrüfatı kimi sahələrdə idxalın azalmasına istiqamətlənib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!