TəqdimatƏn SonƏn Son

STP-nin təcili yardım komandası qəzaya düşən avtobusun sərnişinlərinə ilkin tibbi yardım göstərib

Mayın 11-i saat 9 radələrində Bakı – Sumqayıt yolunda, Sumqayıt Texnologiyalar Parkının qarşısında sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə zamanı zərərçəkənlərə təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə STP-nin SƏTƏM bölməsinin Tibb məntəqəsinin əməkdaşlarıdərhal hadisə yerinə yaxınlaşıblar. Qəzada 9 nəfərin yüngül xəsarət aldığı müəyyənləşdirilərəkonlara ilkin tibbi yardım göstərilib. 103 xidməti gəldikdən sonra xəsarət alanlar təkrar yoxlama üçün  xəstəxanaya aparılıblar.

Hadisə ilə əlaqədar STP olaraq  bildiririk  ki, qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!