STP Şirkətlər Qrupu Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlığı məhdud uşaqları sevindirib

STP Şirkətlər Qrupu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə üz tutub. STP nümayəndələri buradakı uşaqların sosiallaşmasına dəstək əlaməti olaraq mayın 30-unda müəssisədəki 15 uşaq üçün “Uşaqlar gələcəyimizdir!” şüarı altında yarım günlük gəzinti təşkil edib.

Gəzinti Sumqayıtda yerləşən “FunWorld” uşaq əyləncə mərkəzini ziyarətlə başlayıb. Uşaqlar buradakı müxtəlif əyləncə qurğularından və oyun aparatlarından istifadə edərək şən vaxt keçirdiblər. Əyləncə mərkəzindən sonra dünyanın qabaqcıl ictimai iaşə brendlərindən biri olan “McDonald’s”-ın dəstəyi ilə uşaqlar üçün nahar təşkil  olunub. Restoran işçilərinin diqqət və qayğısı, həmçinin bütün uşaqların sevimli yeməyi uşaqların sevincinə səbəb olub.

Nahar fasiləsinin ardından, uşaqlar Bakı Zoologiya Parkında olublar. Burada onlar ilk olaraq, zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub onların davranışlarını böyük maraqla izləyiblər. Daha sonra müxtəlif əhilləşdirilmiş ponilər, keçilər, dovşanlar və s. ev heyvanları ilə tanış olub.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: