IqtisadiyyatTurizmTəqdimat

“Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Növbəti Tenderlər keçirir

Tenderin adı: 25 ədəd yüksək gərginlikli yarımstansiyaların layihələndirilməsi işləri

Tenderin elan tarixi: 25.11.2022

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış (plomblanmış) şəkildə zərflərdə yazılı surətdə təqdim etsinlər.

Tenderin predmeti olan xidmətləri yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

Tender iştirakçısı tərəfindən üçüncü tərəflərin (subpodratçıların) işlərin müəyyən hissəsinin icrasına cəlb edilməsi nəzərdə tutulmuşdursa, həmin üçüncü tərəflər və işlərin hansı hissəsinin onlara həvalə ediləcəyi barədə ətraflı məlumat, eləcə də təsdiqedici sənədlər təqdim edilməlidir.

 

Tenderin predmeti üzrə ümumi məlumat:

 

Yüksək gərginlikli yarımstansiyaların layihələndirilməsinin iş həcmi
Xidmətin və mal-materialın təsviri Miqdarı Ölçü vahid Nəticə
1 STP 3-də Elektrik Təchizatı üçün yeni Texniki Şərtin alınması (Mövcud Texniki Şərtdə dəyişikliklər olduğu üçün)     Texniki şərt
2 “STP” MMC-nin ərazisində yerləşən 25 ədəd Yüksək gərginlikli yarımstansiyalarının layihələndirilməsi ədəd 25  
2.1 Mövcud yarımstansiyanın normativlər əsasında layihəsinin işlənməsi  Layihə
2.1.1 Yarımstansiyanın Bir Xətli Sxemin hazırlanması (sxemdə Yüksək və Alçaq gərginlikdəki hər bir avadanlığın adı, tipi, gücü, kabellərin tipi, en kəsikləri və uzunluqları göstərilməklə)  
2.1.2 Yarımstansiyanın avadanlığının planda yerləşməsi.  
2.1.3 Yarımstansiyada quraşdırılan avadanlığın yerləşməsinin ön görünüşü.  
2.1.4 Yarımstansiyanın Torpaqlama sxeminin hazırlanması. Torpaqlama sxemi
2.1.5 Yarımstansiyanın avadanlıq və kabellərinin spesifikasiyasının hazırlanması. Spesifikasiya
2.1.6 Layihələrin FHN-nin Ekspertiza Baş İdarəsində razılaşdırılması. Ekspertizanın təsdiqi
3 Yarımstansiyada quraşdırılan transformatorların sınaq protokollarının hazırlanması.     sınaq protokolları
4 Yarımstansiyadan istehsalata gedən kabellərin sınaq protokollarının hazırlanması.     sınaq protokolları
5 Yarımstansiyanın torpaqlama sisteminin sınaq protokollarının hazırlanması.     sınaq protokolları
6 Hazırlanmış Layihə sənədləri 3 nüsxədə hazırlanıb Sifarişçiyə təslim ediləcək.      
7 Hazırlanmış sınaq protokolları 2 nüsxədə hazırlanıb Sifarişçiyə təslim ediləcək.      
8 Yarımstansiyalar üçün Aktları Enerji Məsələlərini Tənzimləmə Agentliyindən “İstismara Qəbul”Aktının alınması.     “İstismara Qəbul”Aktının alınması.

 

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.

 

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra iş həcminə və tələblətə dair əlavə məlumat əldə edə bilərlər.

 

İştirak haqqı: 250 (iki yüz əlli) manat

Benefisiar: SUMQAYIT TEXNOLOGİYALAR PARKI MMC

VÖEN: 2002283071

H/h: AZ40PAHA40040AZNHC0190060524

Bankın adı: “PAŞA Bank” ASC

SWIFT: PAHAAZ22

Kod: 505141

Bankın VÖEN-i: 1700767721

M/h: AZ82NABZ01350100000000071944

Ödənişin təyinatı: “TND-001-22 saylı tenderdə iştirak haqqı”

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İştirakçılar iş həcminə və tələblərə dair əlavə məlumatı AZ5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark sahəsi ünvandan (əlaqələndirici şəxs: Səlim Qurbanzadə, Solmaz Paşayeva,  telefon: 050 7666636, 050 2464657, elektron poçt ünvanı: s.gurbanzade@stp.az, s.pashayeva@stp.az ) ala bilərlər.

 

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya müşayiətedici məktub);

tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

tender təklifi (tender zərflərinin açıldığı tarixdən (30 noyabr 2022-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 30 dekabr 2022-ci il tarixinədək) qüvvədə olmalıdır;

tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 90 bank günü çox olmalıdır (yəni ən azı 28 fevral 2023-cü il tarixinədək qüvvədə olmalıdır);

iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

iddiaçının nizamnaməsi, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı, müqaviləni imzalayacaq şəxsin səlahiyyətini təsdiq edən sənəd (etibarnamə), bank rekvizitləri;

korporativ müştərilər, beynəlxalq lahiyələr və ya sənaye müəssisələri ilə müvafiq sahədə ən azı 3 (üç) il iş təcrübəsini təsdiq edən qeydlər/referanslar;

tenderin predmeti üzrə işlərin görülməsi üçün müvafiq fəaliyyətə icazə verən lisenziya (“Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” fəaliyyəti), digər xüsusi icazə və/və ya müvafiq sertifikasiya/akkreditasiyanı təsdiq edən sənədlər;

SO 27001 beynəlxalq sertifikatın olması tövsiyyə olunur;

İSO 9001/14001/45001 beynəlxalq sertifikatların olması arzuolunandır;

iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 noyabr 2022-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 05 dekabr 2022-ci il saat 17:00-a qədər AZ5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark sahəsi ünvanında “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 06 dekabr 2022-ci il saat 16:00-da AZ5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark sahəsi ünvanında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin inzibati binasında açılacaqdır.

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Tender Komitəsi

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!