Bu fəaliyyətin davamı olaraq 8 İyul, saat 11:00-da Sumqayıt şəhər, Zülfü Hacıyev küçəsi, Heydər Park” ünvanında yerləşən ”Sumqayıt Poeziya Evi”ndə əlilliyi olan peşəkar sənətkarların və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin reallaşdırdığı “Milli xalçaçılıq sənətinin inkişafı və əlillərin məşğulluğu üçün Peşə Emalatxanasının yaradılması” layihəsi çərçivəsində xalçaçılıq sənətini bütün incəliklərinədək peşəkar səviyəli əlilliyi olan xalçaçıların əl işlərindən ibarət sərgi təşkil olunacaq.
Tədbirdə həmçinin 1-ci qrup əlilliyi olan istedadlı qələmiylə imzasını təsdiq etmiş , tanınmış yazar Samir İmanovun “Özünlə fəxr et” kitabının İmza Günü keçiriləcək.
Frame.az