IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə istifadəyə verdiyi müntəzəm avtobus reyslərinə may ayına olan biletlər satışa çıxarılıb. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər.

Avtobus marşrutlarının may ayı üçün hərəkət cədvəli

Marşrut May ayı üzrə səfər günləri
Bakı – Şuşa – Bakı Cümə axşamı, çümə, şənbə və bazar
Bakı – Ağdam – Bakı Şənbə, bazar
Əhmədbəyli – Şuşa– Əhmədbəyli Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə
Bərdə – Ağdam – Bərdə Çərşənbə axşamı

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!