TƏBİB İkinci Milli Yaylaq Festivalında tibbi xidmətlərin təşkilini təmin edib

Gəncədə keçirilən İkinci Milli Yaylaq Festivalı çərçivəsində tibbi xidmətlərin təşkili üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları təhkim olunub.

Frame.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Hacıkənddə yerləşən Xan yaylağında keçirilən festival müddətində Gəncə Birləşmiş Şəhər Xəstəxanasının üç həkim briqadası, Göygöl Rayon Mərkəzi Xəstəxanasının isə iki həkim briqadası fəaliyyət göstərib.

Qeyd edək ki, “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyi və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə ikinci dəfə keçirilən festivalda 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir.

Eyni zamanda, festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulub.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: