Mobil dünyaTəhsilTəqdimat

Təhsil, biznes, qeyminq: hansı sahələrə 2022-ci ildə blokçeyndə daha çox səs verirlər?

2022-ci ilin birinci yarısında təhsil müəssisələri blokçeyn üzrə onlayn səsvermədən digər təşkilatlara nisbətən daha çox istifadə ediblər. Bu tendensiya bütün dünyada müşahidə olunur. Kaspersky mütəxəssisləri Polys* platformasının işinin nəticələrini təhlil edərək bu qənaətə gəliblər. Blokçeynin köməyi ilə təhsil müəssisələrinin keçirdiyi seçkilərin payı 57 faiz təşkil edib. İkinci yerdə kommersiya şirkətləri gəlir, onların payı 2021-ci illə müqayisədə iki dəfə artaraq 14%-ə çatıb.

Müəssisələr Polys-dən müxtəlif məqsədlər üçün istifadə edirlər: rəhbər şəxsləri seçmək, nominasiyalarda və korporativ müsabiqələrdə qalibləri müəyyən etmək, komanda quruculuğu (teambuilding) üçün fəaliyyətlərin müəyyən edilməsi, konfransların təşkili və ya ofisə qayıtma tarixinin müəyyən edilməsi kimi daxili məsələləri həll etmək. Platforma həmçinin şirkətin məhsulları və xidmətləri haqqında işçilərin rəylərini toplamaq və onların təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul etmək üçün istifadə olunur. Maraqlıdır ki, 2022-ci ildə Polys istifadəçiləri arasında qeymerlər də yer alıb. Platforma onlara liderləri və ya ən yaxşı oyunçuları, eləcə də komanda adlarını seçməkdə kömək edir.

Blokçeyndə səsvermənin populyarlığı pandemiyanın əvvəlindən, bütün dünyada oflayn tədbirlərin məhdudlaşdırıldığı vaxtdan əhəmiyyətli dərəcədə artıb və davamlı olaraq öz yüksək səviyyəsini saxlayır. Bir çox məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, insanlar üçün uzaqdan, o cümlədən, onlayn səsvermə formatında kollektiv qərarlar qəbul etmək daha rahatdır.

“Polys istifadəçiləri tətbiqin imkanlarını yüksək qiymətləndiriblər və onu yalnız pandemiya məhdudiyyətləri dövründə əlverişli variant kimi deyil, həm də geniş spektrli vəzifələrin həlli üçün etibarlı vasitə kimi qəbul ediblər”, – deyə Polys şirkətinin rəhbəri Daniil Kaptsan bildirib. “Biz məhsulumuzun məxfilik və səsvermə təhlükəsizliyi kimi əsas üstünlüklərini qoruyarkən, mümkün qədər faydalı qalması üçün onu inkişaf etdirməyə davam edəcəyik.”

2022-ci ildə Polys rəqəmsal səsvermə sistemi “Digital Democracy Report” (Rəqəmsal Demokratiya Hesabatı) tərəfindən ardıcıl ikinci il ən etibarlı rəqəmsal demokratiya məhsulları sırasına daxil edilib. Bu hesabat Solonian Democracy Institute (Solonian Demokratiya İnstitutu)tərəfindən hazırlanıb. İnstitutun mütəxəssisləri Polys-in sadə interfeysivə səsvermənin məxfiliyinə zəmanət vermək qabiliyyətini xüsusiləqeyd ediblər.

Sistem haqqında daha ətraflı məlumat: https://ru.polys.me/.

* Blokçeyndə uzaqdan səsvermənin təşkili üçün şirkətin həlli. Polys sisteminin dünya üzrə anonimləşdirilmiş statistik məlumatları.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!