EventsTəqdimat

“Təhlükəsizlik kəməri sizi həyata bağlayır”

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) “Hed Academi Azerbaijan” və “Park Bulvar” AVM-in birgə təşkilatçılığı ilə dekabrın 3-dən 5-dək Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə həyata keçiriləcək. “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihənin məqsədi insanları təhlükəsizlik kəmərinin əhəmiyyəti, mahiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaqdır.

Azərbacanda ilk dəfə “Hed Academi Azerbaijan”-a məxsus “Aşma Əleyhinə Simulyator” geniş ictimayyətin istifadəsinə təqdim olunacaq: “Aşma simulyatoru, avtomibilin aşma anını simulyasiya edəcək və qəza anında kəmərin sürücünü necə qoruduğunu əyani göstərəcək. Aşma simulyatoruna əyləşən sürücü simulyator dönməyə başladıqda, kəmərin onu necə saxladığını görəcək və kəmərsiz yarana biləcək təhlükənin şahidi olacaq.

3 gün ərzində aşma simulyatoruna əyləşən hər bir şəxs həm də müsabiqədə iştirak etmək şansı qazanacaq. Suallara doğru cavab verən şəxslərə “Hed Academi Azerbaijan”, “Park Bulvar” AVM və digər tərəfdaşlarımız tərəfindən dəyərli hədiyyələr təqdim olunacaq”.Frame.az15192601_10154250581907017_3662064712692107402_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!