EventsQalereyaTəqdimat

“Təsviri Sənət Həftəsi” keçiriləcək

Azərbaycan Rəssamlar İttifaqı ənənəli olaraq Novruz Bayramında hər il “Təsviri Sənət Həftəsi”ni keçirir.

24 mart saat 12.00-da V.Səmədova adına sərgi salonunda kütləvi – informasiya vasitələrin iştirakı ilə Konfrans keçirəcək.

24 mart saat 15.00-da “Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi-müsabiqə açılacaqdır.

25 mart saat 12.00-da İçəri Şəhərdə Ə.Əzimzadə bağında “Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqə keçiriləcəkdir.

27 mart saat 12.00-da qüsurlu uşaqların əsərlərindən hərrac –satış keçiriləcək. Bu satışdan əldə edilən vəsait Uşaq Evlərinə təmənnasız olaraq təqdim olunacaq. Hərrac V.Səmədova adına Sərgi Salonunda keçiriləcəkdir.

28 mart saat 12.00-da Bakıdakı Humanitar kollecdə təhsil alan şagirdlərin görkəmli azərbaycan rəssamları ilə görüşü keçiriləcək.
(Vahtı dəqiqləşdirilir) Buzovna qəsəbəsindəki 4 saylı İncəsənət Məktəbində “Ustad dərsi” tədbiri olacaq.
Bilgəh, Mərdəkan və Buzovna qəsəbələrindəki “Uşaq Evləri” və “Qocalar Evlərinə” ziyarəti və onlara hədiyyələrin təqdim edilməsi planlaşdırılıb.

29 mart saat 16.00 –da C.Naxçıvanski adına Hərbi Liseydə Qarabaq döyüşlərinin iştirakçısı olan, müharibə veteranı, rəssam İntiqam Ağayevin fərdi sərgisi açılacaqdır.

30 mart “Bahar sərgisi” adlı sərgisinin açılışı planlaşdırılıb. Sərgi V.Səmədova adına sərgi salonunda keçiriləcəkdir.

Ünvan: Azərbaycan Rəssamlar İttifaqı
Xaqani küçəsi, 43
Əlaqə tel: 4936230
Təşkilat komitəsi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!