EventsIdmanTəqdimat

Taekvondo üzrə Dünya Çempionatına həsr olunmuş konsert keçiriləcək

27 may saat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında Taekvondo üzrə Dünya Çempionatına həsr olunmuş konsert proqramı həyata keçiriləcək. 

Konsertin əsas ulduzları Respublikanın xalq artisti, Diva Aygün Kazımova və sevilən müğənni, respublikanın xalq artisti Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadacaq. Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcək. Qeyd edək ki, şənbə günü baş tutacaq möhtəşəm konsert proqramına giriş ödənişsizdir.

Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı  qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!