Site icon Frame.az

Tailand Krallığı

Tailand Krallığı — Hind-Çin yarımadasında yerləşir və 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya.

Ölkə monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır.

Paytaxt Banqkokun tai dilindəki mənası “mələklər şəhəri”dir. 200 il bundan əvvəl Siyam Krallığının paytaxt şəhəri olan bu kiçik balıqçı şəhəri indi Asiyanın ən böyük şəhərlərindən biridir.

Tailand inkişaf etmiş aqrar – sənaye ölkəsidir. Zəngin təbii sərvətlərə malikdir. Lakin iqtisadi inkişafı xarici kapitaldan, xüsusilə də ABŞ və Yaponiyadan asılıdır. Ölkəyə edilən iqtisadi müdaxilə istər – istəməz onun mədəniyyəti, maarifi və incəsənətinə də təsir göstərir.

Sənayesində başlıca yeri turizm, toxuculuq və geyim, kənd təsərrüfatı məhsullarının emalı, içki, tütün və s. tutur. Göründüyü kimi, turizm öılkə iqtisadiyyatında xüsusi çəkiyə malikdir.

Tailand Krallığının füsunkar coğrafi mövqedə yerləşməsi, qədim tarixi mədəniyyətə və incəsənətə malik olması bu ölkəyə xariçi turistlərin maraq göstərməsinə səbəb olmuşdur.

Artıq bu ölkə dünya turizmi üçün qəbul edilmiş ölkələrdən biridir. Siyam Tour.

Exit mobile version