Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edib.
Nazirlikdən bildirilib ki, müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə təşkil olunub.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür: http://mct.gov.az/az/bfdestek2022