Cinema

Tanınmış psixoloq filmdə özünü aktrisa kimi sınayıb

Filmdəki rolundan məmnunluğunu bildirən Vüsalə xanım uşaq filmində çəkilməyin və uşaqlarla işləməyin son dərəcə maraqlı olduğunu söyləyib: “Uşaqlarla komanda şəklində işləmək çox əyləncəli idi. Filmdə psixoloq kimi məni cəlb edən əsas nüanslar uşaqların çətinliklərin öhdəsindən necə gəlməkləri, kollektiv halda necə işləməkləri, bir-birilərinə olan səmimi münasibətləri, ən nəhayət, qısa zaman ərzində belə bir macəra filminin ərsəyə gəlməsində göstərdikləri mücadilə oldu. Bu məni çox sevindirdi”.

Psixoloq olaraq filmi hədsiz bəyənən, uşaqların davranış və hərəkətlərindən razı qalan Vüsalə xanım bu gün Azərbaycanda kifayət qədər uşaq proqramlarının olmasına baxmayaraq, uşaq filmlərinin kasad olduğunu qeyd etdi. Buna görə də bu filmin tamaşaçılar, xüsusilə də azyaşlı tamaşaçılar tərəfindən böyük anşlaqla  qarşılanacağını əminliklə vurğuladı.

Bundan başqa, filmdə dostluq, yoldaşlıq, düzlük, xeyirxahlıq, üzrxahlıq və s. kimi münasibətlərin balaca izləyicilərə nümunə olacağını bildirən psixoloq xanım, filmin həm də böyüklər üçün faydalı olacağını qeyd etdi: “Böyüklərimiz bu filmə baxmaqla öz övladlarının gizli istedadlarını asanlıqla üzə çıxara, eyni zamanda gələcəkdə onların hansı sahədə və hansı sənətə yiyələnməklərinə düzgün istiqamətləndirə bilərlər. Çünki inanıram ki, bu filmə baxdıqdan sonra bir çox uşaq filmlərə çəkilmək istəyəcək, bununla da Azərbaycanda uşaq kinosu sahəsində yeni bir cığır açılacaq”.

Son olaraq Vüsalə xanım psixoloq kimi valideynlərə tövsiyyələrini  verməyi də unutmadı: “Valideynlər unutmamalıdırlar ki, hər bir uşağın daxilində mütləq gizli bir istedadı vardır. Valideynin borcudur ki, bu istedadın üzə çıxarılmasında övladına yardım etsin və ona düzgün yol göstərsin. Bu zaman həm uşaq, həm də valideyn xoşbəxt olar, beləliklə də cəmiyyətimizdə xoşbəxt bir gələcək formalaşar”.

Frame.az

http://https://youtu.be/zQ7tLsa6LOU

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!