SəyahətTurizmTəqdimat

Tarixin sirli xəzinəsinə toxundum

Sizə bu gün VI əsrdə əsası qoyulmuş Şirvanşahlar dövlətinin taa günümüzə qədər bir qismidə olsa gəlib çatmış Gülüstan qalasından yazacam.

Qalanın tarixi bir balaca sirli qalır. Tam dəqiq yaranma tarixi bəlli olmasada,tarixcilərin yazdıqlarından, arxeoloji qazıntıların nəticələrindən məlum olur ki, qala VIII-XVI əsləri əhatə edir.

Həmçinin tarixçilərin və şairlərin yazdıqlarına görə Gülüstan qalası çox əzəmətli,möhtəşəm bir qala imiş. Qalanın tikintisində öz dövrünün ən önəmli memarı,bənnası işlədiyi aydındır. Qalanın müdafiə gücüdə böyük olub. Əsrlərlə Şirvan hökümdarlarını və ailələrini müdafiə edib.

Lakin müharibələr və zəlzələlər nəticəsində dağılıb. Amma deyilənə görə ən böyük zərbə I Şah Təhmasib tərəfindən XVI əsin əvvəllərində vurulub. Səfəvi, Osmanlı savaşında isə təmamilə dağıdılıb.

Günümüzə çox az qırıntıları çatan Gülüstan qalası hazırda Şamaxı şəhərinin, Böyük Xınıslı kəndi yaxınlığında yerləşir.

1938-ci ildə arxeoloji qazıntılar nəticəsində, Narin qala hissəsinin 4 otağı və bir dəhliz divarı aşkar olunub. İngilis tarixçi, səyyahı Antoni Cenkinson öz yazılarından birində Gülüstan qalasının dünyanın ən qədim qalalarından biri olduğunu deyib.

Beləliklə onun dediklərini nəzərə alsaq dünyanın ən qədim qalalarından birini gedib gördüm, toxundum.

Düşünəndə ki, əsrlər əvvəl kimlər toxunub bu qalaya, daşa, divara…….

Nə müharibələr görüb?…..

Bəs görəsən bu qalıqlara toxunmadan, zədələmədən eynisinin tikinti bərpa işləri mümkün deyilmi?

Bir qala-muzey kimi fəaliyyət göstərsə,turistlər axın etsə….

Rahiyə Qaraş

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!