Sərgi

İşık Aslıhanın “Kinetik relyef” və Hanifə Yüksəlin “Çöldə” adlı birgə sərgiləri keçiriləcəkdir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 21 aprel 2017-ci il tarixində İşık Aslıhanın “Kinetik relyef” və Hanifə Yüksəlin “Çöldə”  adlı birgə sərgiləri keçiriləcəkdir.

Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsi Heykəltəraşlıq kafedrasının birgə təşəbbüsü ilə keçirilir.

Dostluq sərgisində dəfələrlə bir çox beynəlxalq sərgilərdə iştirak etmiş, Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsi Heykəltəraşlıq kafedrasının müəllimləri İşık Aslıhan və Hanifə Yüksəlin müxtəlif ölçülü qarışıq texnikada işlənmiş əsərləri təqdim olunur. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə insan və cəmiyyətin problemlərini əks etdirən sujet xətti də yer almaqdadır.

Hanifə Yüksəlin işlərində dəyişən, çevrilən, qırılan və çöldə qalan həyatlar pəncərə vasitəsilə tamaşaçıya çatdırılır. Pəncərə yaddaşda yerləşən xatirələrlə birlikdə, çöldə axan həyatın axışını arxasından izlədiyimiz bir metafor olaraq mövcuddur. Hər həyat kövrəkdir və insan həyatının hansısa bir hissəsində uşaqlığına həsrət hiss edir, o günlərin həmişə saf, tərtəmiz və xoşbəxtlik dolu olduğunu düşünür. Əslində xatirələrin dəyişməyə ehtiyacı da vardır, xatirələrin dəyişməsinə maneə törədildiyində varlığı sona çatır, insan  yenidən qurduğu bir keçmiş sayəsində ayaqda qalır və içəridə, dərinliklərdə uşaqlıq bəlkə bir sığınacaqdır, artıq dönməsinin mümkün ola bilməyəcəyi bir yerdə mütləq bir xoşbəxtliyin olduğunu bilmək insanı rahatlatmaqdadır. Bu səbəblə keçmiş bir xəyaldır və biz onu formalaşdırdığımız ölçüdə vardır. Dünyaya arxasında dayandığımız pəncərədən bir sevgi sevinciylə baxarsaq, dünya bizə gözəlliyini ortaya çıxardar.

İşıq Aslıhanın yaradıcılığı sərhədsiz imkanların içərisində tamaşaçıya fərqli nüanslarla inkişaf edən, sürprizlərlə dolu bir təcrübə yaşadır. Rəssamın yaratdığı əsərlərin məkanlar arası əlaqələrlə güclənən dərinliyi və saxladığı ictimai məna axarları onların maraq oyandıran ideyasına güc qatır. Sərgidə izlədiyimiz əsərlərdə sənətçi bu dəfə üç ölçülü, məkanla təmas quran əsərlərinin tərsinə iki ölçülü, prinsiplər arası keçidləri saxlayan bir qatlı dizayn üsulunu istifadə edir. İşıq Aslıhanın son dövr işlərində izlənilən relyef təsiri tamaşaçının müdaxiləsi ilə inkişaf edən hərəkət hissi ilə birləşir. Sənətçi, bu yolla tamaşaçılara öz ruh vəziyyətləri ilə qarşılaşma şansı verərkən eyni zamanda aktual həyata yönələn bir seyri səfayı da vəd edir.

Sərginin təntənəli açılış mərasimində ADRA-nın rəhbər heyəti ilə yanaşı, bir sıra rəsmi qonaqlar, tələbə, müəllim heyəti iştirak edir.

Sərginin rəsmi açılış mərasimi 21aprel 2017-ci il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24)  keçiriləcəkdir. Qeyd edək ki, sərgi 2017-ci il 25 aprel tarixinədək davam edəcəkdir. Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!