Site icon Frame.az

TECHNOGYM-dən yeni Wellness Design konsepsiyası təqdim edildi

Noyabrın 25-də PORT BAKU MALL-da TECHNOGYM-dən yeni Wellness Design konsepsiyasının təqdimat mərasimi keçirildi.

Tədbirə toplaşmış qonaqlar Wellness Design konsepsiyası ilə yaxından tanış olub, yeniliklərdən ibarət olan video çarxı izlədilər. Təqdimatda TECHNOGYM şirkətinin İtaliyadan təşrif buyurmuş nümayəndələri də iştirak edirdilər.

Arxitektor Leyla İbrahimova TECHNOGYM avadanlıqlarının idman zallarında necə yerləşdirilməsi və bu avadanlıqların insan sağlamlığında böyük rolundan bəhs edən çıxışı ilə tədbiri başa vurdu.

Qonaqlara maraqlı söhbətlər, idman avadanlıqlarını sınamaq imkanı, həmçinin hədiyyələr və furşet-də təqdim olundu.

Xatırladaq ki, TECHNOGYM bir İtaliya markası olaraq 33 ildən artıqdır ki, müxtəlif idman və wellness avadanlıqları təchiz edir. Bu şirkət profesional idman zalları, məşq otaqları, ev və müxtəlif otel konsepsiyalı idman zalları üçün avadanlıqların təchiz edilməsində liderdir.

Tədbirin media-partnyoru Дом и Интерьер журнал / Баку Азербайджан

Tədbirdən fotoları sizə təqdim edirik. Frame.az

Exit mobile version