EventsFestivallarTəqdimat

Xaçmazda ölkənin aqrar-sənaye sahəsinin inkişafına yönəlmiş “Bahar şənliyi” adlı tədbir keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq martın 12-də saat 11:00 ölkənin ən gözəl bölgələrindən biri olan Xaçmazda ölkənin aqrar-sənaye sahəsinin inkişafına yönəlmiş “Bahar şənliyi” adlı tədbir keçiriləcək.
Tədbirdə qonaqları ulduzların iştirakı ilə parlaq əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, 2 metr uzunluğunda olan sacda hazırlanmış quzu ətindən milli xörəyin dequstasiyası, yeni növ “Bahar” çörəyinin təqdimatı, paytaxt və Xaçmaz brendləri ilə tanışlıq, festivalda iştirak edən şirkətlərdən ləzzətli təamlar, həmçinin 4 cür yarış gözləyir. Müsabiqələr “Bahar” mövzusu ilə bağlıdır və ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına yönəlib.
“Mən Baharı çəkirəm” yaradıcılıq müsabiqəsi üçün iştirakçılar Baharla bağlı rəsmlərini birbaşa tədbirə gətirməlidirlər (uşaqlar üçün). Müsabiqənin münsiflər heyəti dünya miqyasında nüfuza malik olan rəssam Nigar xanım Nərimanbəyova olacaq.
“Bahar gəldi” fotomüsabiqəsi üçün iştirakçılar işlərini martın 10-dək adil.yusifov@gmail.com e-mail ünvanına və ya +994 70 386 98 90 teleqramına göndərməlidirlər. Müsabiqənin münsiflər heyəti tanınmış ulduz fotoqraf Adil Yusifovdur. Ən yaxşı 10 iş ikinci tura keçəcək və festivala dəvət olunacaq; orada ən yaxşı üçlük müəyyən olunacaq (böyüklər üçün).
“Bahar 22” videomüsabiqəsində iştirakçılar öz video işlərini ( 1 dəq qədər) martın 10-dək 0503455595 nömrəsinə Telegram vasitəsilə göndərməlidirlər. Müsabiqənin münsiflər heyəti Azərbaycanın tanınmış rejissoru Samir Kərimoğludur. Ən yaxşı 10 iş ikinci tura keçəcək və festivala dəvət olunacaq; orada ən yaxşı üçlük müəyyən olunacaq (böyüklər üçün).
Və, nəhayət, Nərd üzrə Çempionat. Bu milli oyunun həvəskarları üçün, ən yaxşıların yaxşıları birincilik uğrunda mübarizə aparmaları üçün xüsusi yer ayrılacaq (kişilər və qadınlar).
Bütün müsabiqələrin qalibləri növbəti mükafatları alacaqlar:
1-ci yer -500 manat və aqrar sektorun sponsorlarından hədiyyələr
2-ci yer – 300 manat və aqrar sektorun sponsorlarından hədiyyələr
3-cü yer – 200 manat və aqrar sektorun sponsorlarından hədiyyələr
“Mən Baharı çəkirəm” müsabiqəsi və nərd yarışında iştirak üçün qeydiyyat 0557047511 nömrəsi ilə aparılır.
Yerlər məhduddur

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!