IqtisadiyyatMobil dünyaTəqdimatƏn SonƏn Son

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək müsabiqələrin ilk mərhələsinin nəticələri açıqlanıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində texnologiya müsabiqələrinin ilk mərhələsinin nəticələri məlum olub.

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Frame.az-a bildiriblər ki, orijinallığı ilə seçilən və kommersiyalaşdırıla bilən innovativ layihələr müsabiqənin ikinci mərhələsinə keçid alıb.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu il mayın 26-29-da ilk dəfə olaraq Bakıda keçiriləcək.

Müsabiqələrdə iştirak etmək üçün 1000 komanda, ümumilikdə isə 5 min məktəbli, tələbə və fərdi sahibkar qeydiyyatdan keçib. Bütün müsabiqələr üzrə təqdim olunmuş layihələr münsiflər heyəti tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilib. Sözügedən qiymətləndirmədə innovativ ideyanın irəli sürülməsi, problemin qoyuluşu, həlli yollarının təklif edilməsi, məhsul və ya prototipin mövcudluğu və ən əsası, kommersiyalaşdırıla bilən layihələr əsas götürülüb. Açıqlanan nəticələrə əsasən, ikinci mərhələyə vəsiqə qazanmış komandaların ümumi sayı 220-dir.

Belə ki, “Robotexnika” müsabiqəsi üzrə – “A” kateqoriyasından 25 komanda, “B” kateqoriyasından 23 komanda, “Yaşıl texnologiyalar” üzrə – “A” kateqoriyasından 26 komanda, “B” kateqoriyasından 25 komanda, “C” kateqoriyasından 20 komanda, “Aqrar texnologiyalar” üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından 16 komanda, “Pilotsuz uçuş aparatları” üzrə – Azərbaycandan 14, Türkiyədən 6 komanda, “Sosialyönümlü texnologiyalar” üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından isə 17 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, müvafiq müsabiqələr üzrə “A” kateqoriyası yuxarı sinif şagirdlərini, “B” kateqoriyası universitet tələbələrini, “C” kateqoriyası isə startap və fərdi sahibkarları əhatə edir.

İstisna olaraq “Həvəskar peyk modelləşdirilməsi” (CanSat), “Baku Skills” və “Sailplaner” müsabiqələri PDR (İlkin Layihələndirilmə) mərhələsindən kənar keçirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!