EventsTəqdimat

Telefon rabitəsinin 140 illiyi münasibətilə poçt markası buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən Frame.az-a verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Vüqar Əyyubov olan poçt markası 10 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!